ORDU
Hərbi qulluqçuların ehtiyata buraxılmasına həsr olunmuş tədbirlər keçirilir
Bakı, 4 oktyabr, AZƏRTAC
“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən, birlik, birləşmə və hissələrdə tədbirlər həyata keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə xidmət müddətində fərqlənmiş və nailiyyətlər əldə etmiş hərbi qulluqçular mükafatlandırılır.