SİYASƏT


Hərbi qulluqçuların psixoloji sahədə maarifləndirilməsi üzrə tədbirlər keçirilib

Bakı, 14 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, nazirliyin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqlarının Respublika Hərbi Prokurorluğunun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə birlikdə bölmələrdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin və sosial problemlərinin öyrənilməsinə, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsində komandirlərə kömək göstərilməsinə dair tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlər çərçivəsində hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, əsəbi-psixi vəziyyətlərinin qiymətləndirilməsi, hərbi xidməti təhlükəsizliyinin təmin edilməsi, şəxsi heyətin sağlamlığının qorunması, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, digər mövzularda söhbətlər aparılıb. Həmçinin bu istiqamətdə sosial-psixoloji testlər və fəaliyyətlərin səmərəliliyinin artırılması məqsədilə komandir-rəis heyəti ilə təlimat-metodiki məşğələlər keçirilib, tövsiyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.