SİYASƏT


Hərbi qulluqçuların sağlamlığı daim diqqət mərkəzindədir VİDEO

Bakı, 6 yanvar, AZƏRTAC 

Mobil səhra hospitalları və səyyar tibb qrupları günün 24 saatında fasiləsiz olaraq şəxsi heyətin sağlamlığının keşiyindədir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə yeni dislokasiya olunan bölmələrin hərtərəfli təminatının, sosial-məişət şəraitinin və tibb xidmətinin təşkili ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Vətən müharibəsi başlayan gündən müxtəlif istiqamətlərdə yaradılan mobil səhra hospitalları bu gün də şəxsi heyətin sağlamlığının qorunması məqsədilə sutka ərzində fasiləsiz olaraq gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

Bundan əlavə, stasionar tibb məntəqələri inşa edilənədək isə bir neçə səyyar tibb qrupları da yaradılıb. Müxtəlif ixtisaslardan olan həkimlərdən təşkil edilən qruplar plana uyğun olaraq bölmələrdə olur, şəxsi heyəti müayinə edir, tövsiyələr verir. Kompleks müalicəyə ehtiyacı olan hərbi qulluqçular hərbi tibb məntəqələrinə göndərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.