ORDU
Hərbi qulluqçuların səyyar stomatoloji müayinə və müalicəsi həyata keçirilib VİDEO
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatının, sosial-məişət şəraitinin və tibb xidmətinin təşkili ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin Tibb İdarəsinin müxtəlif istiqamətlərdə yaradılan mobil səyyar qrupları tərəfindən şəxsi heyətin sağlamlığının qorunması məqsədilə profilaktik tədbirlər görülür.
Səyyar stomatoloji kabinetin həkim-mütəxəssisləri tərəfindən ağız boşluğunun sanasiyası, müayinə və müalicəsi, endodontik və lazer plomblarla estetik bərpa işləri görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:35]
Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO
- 26.03.2024 [13:26]
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır VİDEO
- 24.03.2024 [12:17]
Müdafiə Nazirliyi həftəlik videoicmalı təqdim edib VİDEO
- 23.03.2024 [16:14]