İQTİSADİYYAT
Hərbi qulluqçuların yaşadıqları binalara görə ödəməli olduqları vergi azaldılır
Bakı, 5 avqust, AZƏRTAC
Vergi Məcəlləsinin 199.3-cü maddəsinə əsasən binaların icarəyə, kirayəyə verildiyi, sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu güzəşt hərbi qulluqçuların müddətli hərbi xidmət dövründə bütün ailə üzvlərinin ödəməli olduqları əmlak vergisinə münasibətdə tətbiq olunur.
Bu maddə ilə müəyyən olunmuş əmlak vergisi üzrə 30 manat azadolma fiziki şəxsin hərbi qulluqçuları olan ailə üzvlərinin sayından asılı olmayaraq bir il ərzində yalnız bir dəfə tətbiq edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]