SİYASƏT


Hərbi qulluqçularla mənəvi-psixoloji mövzuda söhbətlər aparılıb

Bakı, 25 yanvar, AZƏRTAC

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri qoşunlarda, xüsusilə işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan bölmələrdə xidmət edən hərbi qulluqçularla görüşlər keçiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşlərdə hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti və sosial qayğıları öyrənilib, onları maraqlandıran suallar cavablandırılıb. Şəxsi heyətə Beynəlxalq Humanitar Hüququn normaları və informasiya təhlükəsizliyi, eləcə də hərbi intizamın möhkəmləndirilməsinə dair lazımi tövsiyələr verilib.

Bundan başqa, “Heydər Əliyev İli” çərçivəsində müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev irsindən danışılıb.

Hərbi qulluqçular ölkə rəhbərliyinin diqqət və qayğısını daima hiss etdiklərini, göstərilən bu ali etimadı nümunəvi xidmətləri ilə doğrultmağa çalışdıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.