SİYASƏT


Hərbi qulluqçumuz: Azərbaycan Silahlı Qüvvələri son 30 ildə böyük inkişaf yolu keçib

Bakı, 25 iyun, AZƏRTAC

Əsası 1918-ci ildə qoyulmuş Azərbaycan Silahlı Qüvvələri son 30 ildə böyük inkişaf yolu keçib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın ərazi iddialari və silahlı təcavüzü ilə üz-üzə qalmışdı. Ötən əsrin 90-cı illərin əvvəllərində böyük çətinliklərlə qarşılaşan xalqımız güclü ordu, vahid komandanlıq, nizam-intizam olmadığına görə torpaqlarımızın bir hissəsini itirdi. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra böyük iqtisadi layihələr gercəkləşdirilməsi ordu quruculuğuna da yetərincə diqqət yetirilməsinə imkan yaradıb.

Bu barədə Azərbaycan Ordusunun son illərdə qazandığı nailiyyətləri barədə Hərbi Polis idarəsinin baş zabiti, mayor Yaşar Babazadə AZƏRTAC-a müsahibəsində danışıb.

Prezident İlham Əliyevin hakimiyyəti illərində ümumiyyətlə ordu quruculuğunun prioritet sahə elan edildiyini vurğulayan hərbi polis idarəsinin baş zabiti qeyd edib ki, bu dövrdə Azərbaycan Ordusunun maddi-texniki təchizatı baxımından böyük işlər görülüb. Ordumuz dünyanın ən müasir silah və texnikasi ilə təchiz edilib. Hərbi hissələrimiz peşəkarlıq prinsipi ilə kompleksləşdirilməyə başlayıb. Təlim və məşqlər nəticəsində bu döyüş hazırlığı sayəsində yüksək keyfiyyət dəyişiklikləri olub. Ordumuz qısa zamanda dünyanın 50 qüdrətli güc strukturu sırasında yer alıb.

“2016-ci ilin Aprel döyüşləri, 2018-ci ilin mayında Günnüt əməliyyatı, 2020-ci ilin iyulunda Tovuz döyüşlərində, eləcə də 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusu düşmənə gücünü göstərib və işğal altında olan torpaqlarımızı azad etməyə başlayıb. Vətən müharibəsi günlərində ordumuzun hərb sənətinə gətirdiyi taktiki yeniliklər bu gün dünyanın güc mərkəzlərində diqqətlə öyrənilir. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan Silahli Qüvvələri bütün dünya azərbaycanlılarının qürur və güvənc yerinə çevrilib. Yaşasın Azərbaycan Ordusu!”, - deyə mayor Yaşar Babazadə vurğulayıb.

Vətən müharibəsində keçdiyi döyüş yolundan danışan hərbi qulluqçumuz söyləyib ki, Quru Qoşunların hərbi hissəsinin tərkibində Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edib. “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və “Şücaətə görə” olmaqla bir sıra medallarla təltif olunub.

Yaşar Babazadə bildirib ki, döyüş zamanı hər şey ola bilərdi: “Şəhid, ya qazi ola bilərdik. Çünki bu bizim əsas və ən mühüm döyüşümüz idi. Biz Vətən müharibəsi zamanı bir gün olsun belə geri addım atmamışıq. Ancaq irəli atılmışıq. Hazırda torpaqlarımız işğaldan azad olunub. Döyüşlərdə şahidi olduğum maraqlı hadisələr də vardı. Orada iştirak edən hər bir gənc, istər əsgər, istər də zabit İkinci Qarabağ müharibəsinin qəhrəmanlarıdırlar. Hamı əlindən gələni edərək orada üzərilərinə düşən bu mühüm vəzifə borcunu layiqincə yerinə yetirməyə çalışırdı”.

Əsgərlərimizin qəhrəmanlıqlarından, müharibə zamanı yaralı olsa da, döyüş meydanına qayıtmağından söz açan baş zabit əlavə edib: “Düşmən ordumuzun önündən qaçırdı. Çünki döyüşdə demək olar ki, cəngavər əsgərlərimiz vuruşurdu. Tarixə nəzər salsaq, düşmənin kim olduğunu hamımız yaxşı bilirik. Həm də xalqımız bu torpağın əsl sahibləridir. Əsgərlərimizin hamısı bu torpaqdan güc alıb irəli gedirdi. Ancaq düşmən əsgərləri zəncirlə bağlanırdı ki, onlar mövqelərini, səngərlərini qoyub qaçmasın. Lakin bizim əsgər və zabitlərimiz düşmənin üzərinə şığıyırdı və yaralı olsa belə, irəli gedirdilər. Mən özüm də döyüşlərdə yaralanmışam. Ancaq yaralı olsam da, döyüş meydanından çıxmadım və müharibənin sonunadək döyüşlərdə iştirak etdim. Döyüşə ilk gündən - sentyabrın 27-dən qatıldım və son döyüş gününə qədər - noyabrın 9-dək müharibədə iştirak etdim. Beləliklə, təlimlərdə öyrəndiklərimi, uzun illərin təcrübəsini, ümumiyyətlə, Azərbaycan əsgərinin gücünü döyüşdə Qələbə qazanmaqla sübut etdik”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.