SİYASƏT


Hərbi tibb fakültəsi məzunlarının buraxılış mərasimi keçirilib

Bakı, 28 iyun, AZƏRTAC 

İyunun 28-də Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsi məzunlarının buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov mərasimdə çıxış edərək qeyd edib ki, Ulu Öndərin ordu quruculuğu ilə bağlı başladığı işləri onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev uğurla həyata keçirir. İdarə rəisi bildirib ki, Azərbaycan Ordusu üçün müasir tibb elminin tələblərinə cavab verən hərbi həkim kadrlarının hazırlanması da ölkəmizin müdafiə qüdrətinin artırılmasına xidmət edən mühüm amillərdəndir.

General-leytenant N.Osmanov məzunları tibb xidməti leytenantı hərbi rütbəsi və diplom almaları münasibətilə təbrik edib, Azərbaycanın gələcəyi, ordumuzun, dövlətçiliyimizin müdafiə qüdrətinin daha da artırılması naminə xidmətlərində uğurlar arzulayıb.

Sonda yüksək nizam-intizamına və təhsildə fərqləndiyinə görə bir qrup hərbi qulluqçu fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.