SİYASƏT


Hərbi topoqraf və hidroqrafların elmi-praktiki konfransı keçirilib

Bakı, 8 may, AZƏRTAC 

Cari tədris ilinin hazırlıq planına əsasən, hərbi topoqraf və hidroqrafların “Azərbaycan Ordusunda vahid koordinat sisteminə keçidin təmin edilməsi və coğrafi informasiya sistemlərinin tətbiqi perspektivləri” mövzusunda elmi-praktiki konfransı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Naviqasiya və Kartoqrafiya İdarəsi tərəfindən təşkil edilən konfransda Azərbaycan Ordusunun silahlanmasına qəbul edilmiş müasir silah və hərbi texnikanın strateji və taktiki xüsusiyyətlərinin əhəmiyyəti və onların idarəetmə sistemlərində uğurla istifadə edilən rəqəmli, vektor xəritələrin və coğrafi informasiya sistemlərinin səmərəliliyi qeyd olunub.

Tədbirdə fotoqrafik işlər və geodeziya ölçmələri zamanı yeni texnologiyaların istifadəsi, müxtəlif proyeksiyalı və koordinat sistemli xəritələrin hazırlanması prosesində müasir proqram təminatının tətbiqi və vahid koordinat sisteminə keçid barədə məlumat verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.