ORDU
Hərbi topoqrafların təlim-metodiki toplantısı keçirilib
Bakı, 18 yanvar, AZƏRTAC
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən topogeodeziya təminatının təşkili və hidroqrafiya işi ixtisaslı zabitlərin iştirakı ilə təlim-metodiki toplantı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda Naviqasiya və Kartoqrafiya İdarəsinin rəisi, birinci dərəcəli kapitan Davud Bağırlı 2018-ci ildə qarşıya qoyulan müvafiq tapşırıqları iştirakçıların diqqətinə çatdırıb.
Toplantı iştirakçılarına mütəxəssis zabitlər tərəfindən Beynəlxalq Hidroqrafiya Təşkilatının (İHO) dəniz təhlükəsizliyindəki rolu, topogeodeziya cihazlarının istifadəsi və kartoqrafiya proqram təminatında raster xəritələrin işə hazırlanması mövzularında məşğələlər keçirilib.