ORDU
Hərbi vətənpərvərlik işinin səmərəli təşkili məqsədilə müxtəlif bölgələrdə tədbirlər keçirilib
Bakı, 16 iyun, AZƏRTAC
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi ilə Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkil etdiyi tədbirlər çərçivəsində Bakı şəhəri və müxtəlif bölgələrdə yerləşən orta məktəblərdə şagirdlərlə görüşlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, hərbi xidmətə hazırlanması və milli-mənəvi dəyərlərin qorunub saxlanılması mövzularında məktəblilərlə söhbətlər aparılıb, onlara şəhidlərimizin həyat və döyüş yolu haqqında ətraflı məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [11:28]
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO
- 18.04.2024 [12:27]
Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO
- 16.04.2024 [10:20]
ƏÜO istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib
- 14.04.2024 [20:44]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 14.04.2024 [17:19]