CƏMİYYƏT


Hərbi xidmətə çağırışçılar təyin olunduqları xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırılacaqlar

Bakı, 25 dekabr, AZƏRTAC 

Gələn ilin yanvarında Azərbaycanda müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar təyin olunduqları xidmət yerləri barədə dekabrın 25-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən SMS vasitəsilə məlumatlandırılacaqlar.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, bununla yanaşı, vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növü barədə məlumatı dekabrın 26-dan bu qurumun internet saytının “Elektron xidmət” bölməsində özləri haqqında tələb olunan məlumatları daxil etməklə dəqiqləşdirə bilərlər. Müddətli həqiqi hərbi xidmətə göndərilən şəxslər mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hərbi hissəyə düşdükləri barədə məlumat ala bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.

Qurumun internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan əvvəl - dekabr, mart, iyun, sentyabr aylarının sonunda aktivləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.