REGİONLAR


Hərbiçilər arasında keçirilən musiqi müsabiqəsinin qalibləri səsvermə ilə müəyyənləşəcək

Gəncə, 5 fevral, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə musiqi müsabiqəsi təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, musiqi müsabiqəsində Gəncə və Naftalan şəhərlərindən, Göygöl, Daşkəsən, Goranboy, Bərdə, Gədəbəy, Tərtər, Xocavənd, Ağcabədi, Tovuz, Beyləqan, Şəmkir, Ağstafa və Qazax rayonlarından 264 nəfər istedadlı gənc və hərbi qulluqçu iştirak edib.

İştirakçıların seçim mərhələsindən keçən 154 nəfər ilk konsertdə iştirak edib. Bu dəfə 87 iştirakçı yarımfinala adlayıb. Müsabiqənin yarımfinal konsertindən sonra 37 iştirakçı final mərhələsinə yüksəlib.

Hazırda qalib adı uğrunda mübarizə aparan iştirakçıların www.veten-ugrunda.az saytında pulsuz səsverməsi həyata keçirilir. Hər kəs öz bəyəndiyi iştirakçıya səs verə bilər. Musiqi müsabiqəsi iştirakçılarının səsverməsi fevralın 2-də 22:00-dan etibarən başlayıb və fevralın 7-si saat 22:00-dək davam edəcək.

İştirakçılar müsabiqə şərtlərinə uyğun olaraq vokal, rəqs, musiqi alətləri və bədii qiraət üzrə çıxış ediblər. Münsiflər heyəti tərəfindən, əsasən, musiqi alətlərində fərqli ifaya və səhnə davranışına üstünlük verilib.

Hərbi qulluqçuları və istedadlı gəncləri bir araya toplayaraq musiqi müsabiqəsinin keçirilməsi milli mədəniyyətin və incəsənətin təbliği, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyələndirilməsi və yaradıcılıq bacarıqlarının inkişafı, hərbi hissələrdə bədii özfəaliyyət kollektivlərinin nümayişi ilə yanaşı, xalq və ordu arasında əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.