CƏMİYYƏT
“Hərbiyyə” düşərgəsinin dördüncü günündə iştirakçılar üçün xüsusi təlimlər təşkil olunub
Bakı, 30 avqust, AZƏRTAC
“Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin dördüncü günündə iştirakçılar üçün xüsusi təlimlər təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, təlimdə birinci xüsusi kəşfiyyat qrupu tərəfindən basqı və pusqunun nümayişi və təlimatlandırılması həyata keçirilib. Sonra iştirakçılar tərəfindən müvafiq təlimatların praktiki icrası təmin edilib. Həmçinin Gədəbəydəki Koroğlu qalasına ekskursiya təşkil olunub. Günün sonunda iştirakçılar tonqal başında əyləncəli vaxt keçiriblər.
Qeyd edək ki, “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi “ASAN xidmət”, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, “ASAN Könüllüləri” Təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti və “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.