CƏMİYYƏT


“Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinə start verilir

Bakı, 16 avqust, AZƏRTAC 

“ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Gədəbəy Rayon İcra Hakimiyyəti və “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinə start verilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, üçüncü dəfə gerçəkləşdiriləcək builki düşərgə avqustun 26-dan 30-dək Gədəbəy rayonunda təşkil olunacaq.

Hərbi simulyasiya formatında həyata keçiriləcək həmin layihə çərçivəsində iştirakçılar müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunacaq, taktiki hazırlıq, qarovul, atəş, topoqrafiya, komandir və digər hərbi hazırlıqlarda iştirak edəcəklər. Eyni zamanda, müxtəlif tarixi-mədəni ərazilərə ekskursiyalar təşkil olunacaq. Layihəyə müraciət vaxtı avqustun 20-də yekunlaşır.

Layihəyə qoşulmağa tələsin.

Qeydiyyat üçün link: http://herbiyye2019.asanyouth.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.