REGİONLAR
Hərəkətdə olan “Niva” avtomobili alışıb
Kürdəmir, 15 oktyabr, AZƏRTAC
Ötən axşam Kürdəmir rayonunun Pirli kəndi istiqamətində hərəkətdə olan avtomobil alışaraq yanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 21 radələrində Pirli kəndinin ərazisində baş verib. Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü Kərimov Uğur Sarıbala oğlu “Niva” markalı 90–VC-105 nömrə nişanlı avtomaşınla Pirli kəndi istiqamətində hərəkətdə olarkən avtomobildə qəflətən yanğın başlayıb. Sürücü dərhal avtomobili yolun kənarına sürərək onu tərk edib. Çox keçmədən avtomobil alışıb. Xoşbəxtlikdən sürücü heç bir xəsarət almayıb.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon yanğından mühafizə idarəsinin şəxsi heyəti alovu söndürüb. Lakin avtomobil yararsız vəziyyətə düşüb.
Yanğının qısaqapanmadan baş verdiyi ehtimal olunur. Fakt araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]