CƏMİYYƏT


“Hərəyə bir ağac əkək” aksiyası çərçivəsində 500 ağac əkilib

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən tərtib edilmiş Tədbirlər planına uyğun olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Hərəyə bir ağac əkək” ağacəkmə aksiyası keçirilib.

TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, aksiya çərçivəsində Binəqədi rayonu, “Dərnəgül” metro stansiyasının ətrafında yerli iqlimə uyğun 500 ədəd həmişəyaşıl ağac əkilib.

Ağacəkmə aksiyasında yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.

Tədbirdə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, TƏBİB aparatının məsul şəxsləri, rayon icra hakimiyyəti başçısının müavinləri, YAP Binəqədi rayon təşkilatının əməkdaşları, tibb müəssisələrinin direktorları və tibb işçiləri iştirak ediblər.

Qeyd edək ki, aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekoloji tarazlığın təmin edilməsinə dəstək, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.

Aksiya TƏBİB-in tabeliyindəki tibb müəssisələri tərəfindən də silsilə şəkildə davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.