CƏMİYYƏT
Heroin gətirmək cəhdinin qarşısı alınıb
Bakı, 15 may, AZƏRTAC
Azərbaycana heroin gətirmək cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Şəxsi yoxlama zamanı vətəndaşın daxili orqanında (mədəsində) 25 büküm olmaqla, ümumi xalis çəkisi 125,573 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.