İQTİSADİYYAT
Hərracda 12 dövlət əmlakı özəlləşdirilib

Bakı, 22 iyun, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti növbəti hərrac keçirib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, hərracda 1 obyekt və 11 nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşdirilən obyekt Yevlax şəhərində yerləşən 14 saylı yeməkxanadır. Əmlakın ümumi faydalı sahəsi 95.2 kvadratmetrdir. Satılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya və Amerika istehsalı olan avtomobillərdir. Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3xK9aXp). Cari ay üzrə növbəti hərrac iyunun 28-də keçiriləcək. Hərraca 7 kiçik dövlət müəssisə və obyekti, 2 yarımçıq tikili və 30 nəqliyyat vasitəsi çıxarılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.12.2023 [12:57]
KOBİA: İndiyədək 51 daxili bazar araşdırması aparılıb
- 06.12.2023 [12:22]
Bağdadda İraq-Azərbaycan birgə komissiyasının iclası keçirilir
- 06.12.2023 [11:15]
Azərbaycan nefti cüzi ucuzlaşıb
- 06.12.2023 [10:30]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.12.2023 [10:26]
Azərbaycanın qeyri-neft ixracı 10 faizdən çox artıb
- 06.12.2023 [10:16]
Bu gün rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır
- 06.12.2023 [09:25]