İQTİSADİYYAT
Hərracda 12 investor tərəfindən 27 sifariş təqdim edilib
Bakı, 19 sentyabr, AZƏRTAC
Sentyabrın 19-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104024549 ISIN-li, 15 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 12 investor tərəfindən qiyməti 89.2430 AZN (12.1200 faiz) və 93.0589 AZN (7.4999 faiz) olan 27 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 92.7156 AZN (7.9000 faiz), orta ölçülmüş qiyməti 92.9129 AZN (7.6697 faiz) müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 69,597,200.00 yerləşdirilmiş həcmi isə 15 milyon manat olub.
İstiqrazlar gələn il sentyabrın 18-də ödəniləcək.