İDMAN


“Herta” klubunun yeni baş məşqçisi müəyyənləşib

Bakı, 10 aprel, AZƏRTAC

Almaniyanın “Herta” futbol klubunun yeni baş məşqçisinin adı məlum olub.

AZƏRTAC xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra Bruno Labbadia çalışdıracaq. O, bu vəzifədə Aleksandr Nurini əvəzləyib.

Əlli dörd yaşlı mütəxəssislə müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Almaniyalı məşqçi daha əvvəl “Bayer”, “Hamburq”, “Ştutqart” və “Volfsburq” klublarını çalışdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.