İQTİSADİYYAT


Hesablama Palatası “2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə rəy verib

Bakı, 19 may, AZƏRTAC

Hesablama Palatasının geniş tərkibdə kollegiya iclası keçirilib.

Palatadan AZƏRTAC-a bildirilib ki, sədr Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən kollegiya iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının qanun layihəsinə və “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Hesablama Palatasının rəyi geniş müzakirə olunaraq qərar qəbul edilib və Azərbaycan Respublikası Milli Məclisinə göndərilib.

İclasda Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, deputat Əli Məsimli və deputat Vüqar Bayramov iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.