İQTİSADİYYAT


Hesablama Palatası Antalyada keçirilən seminarda təmsil olunub

Bakı, 22 aprel, AZƏRTAC

Antalyada İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin ali audit qurumlarının təmsil olunduğu ECOSAI (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ali Audit Qurumları Təşkilatı) tərəfindən "Etikanın auditinə giriş" mövzusunda keçirilmiş praktik seminarda Hesablama Palatasının icmal-analitik şöbəsinin aparıcı məsləhətçisi Tamerlan Yusifzadə və dövlət büdcəsi gəlirlərinin auditi şöbəsinin aparıcı məsləhətçisi Tural Cahangirli iştirak ediblər.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminara təşkilata üzv olan və olmayan 13 ölkənin ali audit qurumunun 28 təmsilçisi qatılıb. Seminarı Türkiyə Hesablama Məhkəməsinin və ECOSAI-ın sədri Seyid Əhməd Baş açıq elan edib və tədbir haqqında qısa məlumat veriblər.

Seminar Türkiyə Hesablama Məhkəməsinin təmsilçiləri və EUROSAI-ın "Audit və Etika" xüsusi qrupunun sədri Helena Abreu Lopez tərəfindən aparılıb. Tədbirin gedişatında etikanın auditi sahəsində əsas anlayışlar və təriflər, etika auditinin keçirilməsinin məqsədi, bu auditin qurulması (o cümlədən mövzuların seçilməsi, auditin forması, auditin predmeti, auditin meyarları, məlumat toplama metodları), auditin həyata keçirilməsi, audit hesabatının hazırlanması və ona tələblər mövzuları üzrə təlimlər keçirilib, hər bir mövzu üzrə praktik məsələlər qoyularaq müzakirələr aparılıb, təkmil təcrübə barədə nümunələr təqdim edilib.

Praktik seminarın son günündə Hesablama Palatasının nümayəndəsi seminarın mövzusu üzrə təqdimat edərək etikanın auditi ilə bağlı qurumun mandatı, dövlət sektorunda etik münasibətləri tənzimləyən mövcud normativ hüquqi baza, tətbiq edilə bilən audit meyarları, nəzarət tədbirlərində etika məsələlərinə dair Palatanın tövsiyələri barədə məlumat verib.

Yekunda seminarın nəticələri açıqlanıb, iştirakçıların tədbir haqqında rəyləri dinlənilib və "Etikanın auditinə giriş" mövzusu üzrə praktik seminarın sertifikatları iştirakçılara təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.