İQTİSADİYYAT
Hesablama Palatası: Ötən il Neft Fondunun aktivləri 3,4 faizədək artıb
Bakı, 10 iyun, AZƏRTAC
Xam neftin orta illik xalis mədaxil qiymətinin Dövlət Neft Fondun büdcəsində nəzərdə tutulmuş illik qiymətə nisbətdə 63,5 faiz artıq olması, vəsaitlərin idarəedilməsindən gəlirləri proqnoza nisbətdə 332,7 faiz çox icra edilməsi, eyni zamanda, Fondun hesabat ilində büdcədənkənar xərclərinin olması, büdcə xərclərinin isə 7 faiz az icrası nəticəsində Fondun valyuta ehtiyatlarının ilin əvvəli ilə müqayisədə artmasına şərait yaradıb.
Hesablama Palatasından AZƏRTAC-a bildirilib ki, 2021-ci il üzrə neftin qiymətinin proqnoza nisbətdə 25,4 ABŞ dolları artıq olması ilə bağlı mənfəət nefti və qazın satışından əlavə olaraq 3 milyard 208,9 milyon ABŞ dolları daxil olub. Eyni zamanda, Fondun valyuta aktivlərinin idarə edilməsindən proqnoza qarşı əlavə 1 milyard 486,98 milyon ABŞ dolları məbləğində vəsait daxil olub ki, bu da Fondun büdcəsinin profisitlər icrasına və aktivlərin həcmində artıma gətirib çıxarıb. Belə ki, 2021-ci il dekabrın 31-nə Fondun aktivləri ABŞ dolları ifadəsi ilə ilin əvvəlinə nisbətən 1 milyard 460,8 milyon ABŞ dolları və yaxud 3,4 faizə qədər artaraq 45 milyard 25,1 milyon ABŞ dolları (75 milyard 972,3 milyon manat) təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]