İQTİSADİYYAT


Hesablama Palatası: Ötən il audit tədbirləri ilə 9,2 milyard manat vəsait əhatə edilib

Bakı, 10 aprel, AZƏRTAC

Keçən il audit tədbirləri ilə ümumilikdə 9,2 milyard manat vəsait əhatə olunub.

Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu məbləğin 66,5 faizini dövlət büdcəsinin xərcləri təşkil edib. Ümumilikdə, hesabat ilində dövlət büdcəsinin auditlə əhatə olunmuş məbləği 2017-ci illə müqayisədə artsa da, əhatə edilmiş cəmi məbləği əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 6,8 faiz az olub. Dövlət büdcəsinin nəzarətlə əhatə olunmuş 6,2 milyard manat məbləğinin təqribən yarısı 2017-ci, 21,1 faizi isə 2018-ci il üzrə xərclər, qalan 28,2 faizi isə 2016-cı ilədək icra olunmuş vəsaitlər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.