İQTİSADİYYAT


Hesablama Palatası ilə Filippin Audit Komissiyasının əməkdaşlığının perspektivləri müzakirə olunub

Bakı, 22 may, AZƏRTAC

Hesablama Palatası ilə Filippin Audit Komissiyası arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Filippin Audit Komissiyasının və INTOSAI (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) Dövlət Borcu üzrə İşçi Qrupunun sədri Maykl Aquinaldonun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 22-də Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla görüşüb.

Nümayəndə heyəti Hesablama Palatasının ev sahibliyi ilə mayın 23-25-də keçiriləcək INTOSAI-ın Dövlət Borcu üzrə İşçi Qrupunun toplantısında iştirak etmək üçün Bakıya səfərə gəlib.

Görüşdə M.Aquinaldo iki ölkənin ali audit qurumları arasında əməkdaşlığı yüksək qiymətləndirib. INTOSAI-ın üzv ali audit qurumları üçün həyata keçirdiyi tədbirlərin əhəmiyyəti vurğulanıb, tədbirin təşkilatın özü və üzv dövlətlər üçün olan əhəmiyyəti diqqətə çatdırılıb.

Bundan başqa, hər iki ölkənin kənar dövlət maliyyə nəzarəti orqanı olaraq qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində birgə əməkdaşlığının perspektivləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.