İQTİSADİYYAT


Hesablama Palatası ilə Gürcüstan Dövlət Audit Ofisi arasındakı anlaşma memorandumu yenilənib

Bakı, 22 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Hesablama Palatası ilə Gürcüstan Dövlət Audit Ofisi arasındakı anlaşma memorandumu yenilənib.

Palatadan AZƏRTAC-a bildirilib ki, fevral ayının 22-də Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Dayanıqlı inkişaf üzrə 2030 gündəliyi çərçivəsində qoyulmuş məqsədlərə nail olunmasının monitorinqi məqsədilə Şərq tərəfdaşlığı ölkələrinin Ali Audit Qurumlarının (AAQ) potensialının gücləndirilməsi” layihəsinin dəstəyi ilə Gürcüstan Dövlət Audit Ofisinin baş auditoru Erekle Mekvabişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər edib. Səfər zamanı GİZ-in Azərbaycan və Gürcüstan nümayəndəliyinin məsul şəxslərinin iştirakı ilə keçirilən toplantıda Gürcüstan Dövlət Audit Ofisinin nümayəndə heyətinin azərbaycanlı həmkarları ilə “Gürcüstan AAQ-ın Strateji İnkişaf Planı”, “Gürcüstan AAQ-ın büdcənin icrası ilə bağlı hesabatı”, “Gürcüstan AAQ-ın illik fəaliyyət hesabatı”, “Gürcüstan AAQ-da IT Auditi və Auditin İdarəedilməsi Proqramı”, “Gürcüstan AAQ-ın Səmərəlilik Auditi Metodologiyası və təcrübəsi”, eləcə də “Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyəti”, “Azərbaycan Respublikası HP-nin mandatı: Yeni qanun” mövzularında məruzələri və təqdimatları dinlənilib, tərəflər arasında müzakirələr və təcrübə mübadiləsi aparılıb.

Tədbirin sonunda 2003-cü ildə Gürcüstan Dövlət Audit Ofisi və Azərbaycan Respublikasının Hesablama Palatası arasındakı əməkdaşlıq çərçivəsində imzalanmış anlaşma memorandumunun yenilənərək imzalanması mərasimi keçirilib.

Qeyd edək ki, Hesablama Palatası 10-dan çox ölkənin Ali Audit Qurumu ilə əməkdaşlıq haqqında saziş və memorandum imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.