İQTİSADİYYAT


Hesablama Palatasında bir sıra auditor hesabatları müzakirə edilib

Bakı, 8 fevral, AZƏRTAC

Hesablama Palatasında bir sıra auditor hesabatları müzakirə olunub.

Palatadan AZƏRTAC-a bildirilib ki, müzakirələr Azərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclasında aparılıb. İclasda həyata keçirilmiş dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Ağstafa Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin, “Təmiz Şəhər” ASC-yə dövlət büdcəsindən və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə edilib.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə auditor hesabatı barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

İclasda, həmçinin iş planı ilə nəzərdə tutulmuş bir neçə kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.