Hesablama Palatasında maliyyə auditi üzrə təlimlər keçirilib
AzerTAg.az
Bakı, 17 mart, AZƏRTAC
Hesablama Palatasında Türkiyə Respublikası Hesablama Məhkəməsinin əməkdaşları tərəfindən Maliyyə auditi üzrə təlimlər keçirilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, təlimlərdə maliyyə auditi üzrə beynəlxalq standartların tələbləri və həmin standartların praktik tətbiq edilməsi və digər bu kimi mövzularla bağlı əsas istiqamətlərə dair yanaşmalar nəzərə çatdırılıb. Həmçinin təlimlərdə maliyyə auditinin aparılmasında Azərbaycan Respublikası Hesablama Palatası ilə Türkiyə Respublikası Hesablama Məhkəməsi arasında oxşar və fərqli məqamlara toxunulub.
Qeyd edək ki, Hesablama Palatasının əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə Türkiyə Respublikası Hesablama Məhkəməsi ilə ikitərəfli əməkdaşlıq çərçivəsində keçirilən bu cür təlimlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.


Xəbərin mətnində orfoqrafik səhv var