İQTİSADİYYAT


Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub

Bakı, 19 iyun, AZƏRTAC

Hesablama Palatasının kollegiya iclasında həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hesabatlar “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-yə ayrılan büdcə vəsaitlərinin icrasına və dövlət əmlakından istifadəyə dair, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrası üzrə maliyyə və uyğunluq auditinə dair məsələləri əhatə edir.

Kollegiya iclasında nəzarət tədbiri üzrə auditor hesabatları barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

İclasda, həmçinin iş planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram müzakirə olunaraq təsdiqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.