İQTİSADİYYAT


Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub

Bakı, 25 fevral, AZƏRTAC

Hesablama Palatasının növbəti kollegiya iclasında həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə edilib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hesabatlar dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan “Azərsu” ASC-yə ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri üzrə qəbul edilmiş 2019-cu il 30 oktyabr tarixli kollegiya qərarının icra vəziyyətinin monitorinqinin nəticələri, “Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə ayrılan büdcə vəsaitinin icrası üzrə maliyyə və uyğunluq auditinin nəticələri, Dünya Bankından kreditlər cəlb edilməklə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən həyata keçirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri-II” Layihəsi üzrə səmərəlilik auditinin nəticələri haqqında məsələləri əhatə edib. İclasda monitorinqin və audit tədbirlərinin nəticələri haqqında auditor hesabatları müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

İclasda, həmçinin Hesablama Palatasının 2020-ci il üçün iş planı üzrə kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.