İQTİSADİYYAT


Hesablama Palatasının Tvinninq Layihəsinin İdarəetmə Komitəsinin toplantısı keçirilib

Bakı, 1 noyabr, AZƏRTAC

Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və Administrativ Potensialının Gücləndirilməsi üzrə Tvinninq Layihəsinin İdarəetmə Komitəsinin 3-cü toplantısı keçirilib.

Toplantıda benefisiar ölkə və üzv dövlətin layihə üzrə komponent rəhbərləri, layihə rəhbərləri, rezident Tvinninq məsləhətçisi və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin və proqram idarəetmə qurumunun nümayəndələri iştirak ediblər.

Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tvinninq layihəsi üzrə üzv ölkənin layihə rəhbəri, eyni zamanda, 1-ci komponent rəhbəri, Polşa Respublikasının Ali Audit Qurumu olan Milli Ali Audit Ofisinin vitse-prezidenti Voyçex Kutila layihə ilə bağlı müsbət fikirlərini çatdırıb.

Daha sonra üzv dövlətin layihə üzrə rezident Tvinninq məsləhətçisi layihə çərçivəsində görülmüş işlər barədə danışıb, həyata keçirilmiş missiyalar və bu missiyalar zamanı fəaliyyətlərin məqsədləri və nəticələri barədə məlumat verib, layihənin icrası ilə bağlı 3-cü hesabatı təqdim edib. Bununla yanaşı, növbəti dövr üçün planlaşdırılmış tədbirlər barədə məlumat verib.

Tvinninq layihəsi çərçivəsində maliyyə və uyğunluq auditi, səmərəlilik auditi və qanunvericilik bazasının gücləndirilməsi üzrə müvafiq komponent rəhbərləri toplantının Hesablama Palatası üçün vacibliyini vurğulayıb və layihənin tam şəkildə uğurlu icrası ilə bağlı komponent rəhbərlərinin və iştirakçılarının üzərinə düşən məsuliyyəti və görüləcək işlərlə bağlı gözləntilərini qeyd ediblər.

Sonra müzakirələr aparılıb və layihə çərçivəsində qeyd olunan istiqamətlər üzrə hazırlanacaq müvafiq təlimat və qaydalar barədə təkliflər səslənib. Habelə layihə çərçivəsində sənədlərin vaxtında hazırlanmasının vacibliyi, bu sənədlərin palatanın potensialının gücləndirilməsi və gələcək fəaliyyətində əhəmiyyətindən bəhs edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.