İQTİSADİYYAT


Hesablama Palatasının əməkdaşı Vaşinqtonda keçirilən təlimdə iştirak edib

Bakı, 31 may, AZƏRTAC

Hesablama Palatasının icmal-analitik şöbəsinin analitik hesabatlar və icmallaşdırma sektorunun müdiri Sənay Paşayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən təşkil edilən "Təbii resurslarla zəngin ölkələrdə makroiqtisadi idarəçilik " mövzusunda keçirilən təlimdə iştirak edib. Təlimə 23 ölkədən 39 iştirakçı qatılıb.

Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim əmtəə bazarları, iqtisadi inkişaf və təbii resurslar, iqtisadiyyatın diversifikasiyası, inklüziv inkişaf, fiskal bençmark, resurslarla zəngin ölkələrdə fiskal rejimlər, milli rifah fondları, təbii resursla zəngin dövlətlərdə pul-kredit siyasəti və valyuta rejimləri, resurs gəlirlərinin idarə edilməsi üçün makroiqtisadi və maliyyə siyasəti, resurs gəlirlərinin idarə olunmasında şəffaflıq mövzularını və hər bir mövzu üzrə praktik məşğələləri əhatə edib.

S.Paşayev təbii resursla zəngin ölkələrdən biri üzrə fiskal dayanıqlılıq mövzusunda təqdimatla çıxış edib və təlimin sonunda Beynəlxalq Valyuta Fondunun müvafiq sertifikatı ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.