İQTİSADİYYAT


Hesablama Palatasının əməkdaşları beynəlxalq forumda iştirak ediblər

Bakı, 22 aprel, AZƏRTAC

Hesablama Palatasının əməkdaşları - iqtisadi sahələrin auditi şöbəsinin müdiri Azim Abasov, sosial sahələrin auditi şöbəsinin müdiri Zəfər Rzayev və sosial müdafiə və sosial təminat sahələrinin auditi şöbəsinin aparıcı məsləhətçisi Azəri Məmmədov Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkilatçılığı ilə Tbilisidə "Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Proqramı"nın icrası üzrə "Cənubi Qafqaz regionunda müvəffəqiyyətlə tətbiq olunan yanaşmalar, nəticələr və çətinlikləri nümayiş etdirmək və paylaşmaq üçün Forum"da iştirak ediblər.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, forumda 4 ölkədən və beynəlxalq təşkilatlardan 100-dək nümayəndə iştirak edib. Tədbir zamanı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətdə görülən işlər, müvafiq islahatların aparılması zəruri olan sahələr və əsas hədəflər barədə məlumat verilib və bu sahədə region dövlətlərinin qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi vurğulanıb. Sonra tədbir paralel müzakirələr və təqdimatlar üzrə davam edib.

Eyni zamanda, Azərbaycan nümayəndə heyəti digər müzakirələrlə yanaşı, "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəliyin tətbiqinə ali audit qurumlarının verdiyi töhfələr" paneli üzrə müzakirələrdə iştirak edib. Burada Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üzrə ilkin hazırlıq proseslərinin qiymətləndirilməsində ali audit qrumlarının rolunun vacibliyi bildirilib.

Sonda BMT-nin nümayəndəsinin iştirakı ilə Cənubi Qafqaz regionunda sosial və iqtisadi sahələr üzrə mövcud olan bir sıra göstəricilər müzakirə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.