CƏMİYYƏT


Hesablama Palatasının kollektivi Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Bakı, 23 may, AZƏRTAC

Mayın 23-də Azərbaycan Respublikası Hesablama Palatasının kollektivi Fəxri xiyabanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri düzüblər.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub, məzarı önünə tər çiçəklər qoyulub.

Sonra Palatanın əməkdaşları Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.