İQTİSADİYYAT


Hesablama Palatasının strukturunda dəyişiklik edilib

Bakı, 24 yanvar, AZƏRTAC

“Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş vəzifələrin icrasının təmin edilməsi və fəaliyyətin beynəlxalq təcrübədə qəbul olunmuş mütərəqqi yanaşmalara uyğunlaşdırılması məqsədilə palatanın strukturunda dəyişikliklər aparılaraq təkmilləşdirilib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın 1-dən qüvvəyə minəcək yeni strukturda bir sıra şöbələrin birləşdirilməsi ilə yanaşı, iki yeni struktur vahidi də formalaşdırılıb.

Perfomans auditi ilə bağlı fəaliyyətin genişləndirilməsi məqsədilə Hesablama Palatasında səmərəlilik auditi sektoru yaradılıb və müxtəlif istiqamətlər üzrə kənar dövlət maliyyə nəzarəti tədbirləri bu sektor tərəfindən həyata keçiriləcək.

Keyfiyyətə nəzarət və fəaliyyət risklərinin idarəedilməsi sektoru beynəlxalq standart və təcrübəyə uyğun şəkildə Hesablama Palatasının fəaliyyətinin, xüsusilə nəzarət fəaliyyətinin təşkili və risklərin araşdırılması istiqamətində fəaliyyət göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.