Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Həsən Mirzəyev: onun həyatının mənası

Bakı, 24 fevral, AZƏRTAC

Fevralın 25-də professor Həsən Mirzəyevin vəfatının 6 ili tamam olur. Bu, hər gün təmasda olduğun, səhhətinin ən ağır məqamlarında belə, həyat eşqini itirməyən bir insanın fiziki yoxluğunun tarixidir. Bu, həmin fiziki yoxluğun fonunda tək Həsən müəllimin deyil, o cür yaşamış insanların mənəvi dəyər ölçüsünü müəyyənləşdirən zaman vahidi kimi də kifayət qədər ciddi müddətdir.

Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynovanın “Həsən Mirzəyev: onun həyatının mənası” məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Bəşəriyyətin dövrümüzə qədər yetirdiyi nadir məntiq və zəka sahiblərindən birinin - Albert Eynşteynin aforizmlərindən birini xatırlayıram: “Həyat müqəddəsdir. Bu, bütün digər dəyərlərin tabe olduğu ən yüksək dəyərdir. İnsan həyatının mənası yalnız digər insanların həyatında oynadığı rola görə ölçülə bilər”.

Ola bilər, fikirlərimdə subyektiv elementlər hiss edilsin və qeyd edək ki, bu elementlərin olması təbiidir, azından, söhbət doğma dayımdan, Nazlı xanımın qardaşı Həsən İbrahim oğlu Mirzəyevdən gedir. Onu da qeyd edim ki, ağlım kəsəndən dayım evimizin ən arzuedilən qonağı olub və bu “arzuedilənlik” ancaq biz uşaqlar üçün ona görə deyildi ki, dayım bizə gələndə qardaş-bacılarımın hər biri üçün məxsusi hədiyyələr gətirərdi, bu, həm də onun etdiyi maraqlı söhbətlərlə bağlı idi. O söhbətlər isə bitib tükənmək bilməzdi və mən həmin söhbətlərdən bir qismini Xalxalda, oxuduğumuz kənd məktəbində öz dostlarımla paylaşardım. Həmin vaxtlar Həsən müəllim bizim üçün sadəcə olaraq adını qürurla çəkdiyimiz dayımız idi.

Sonralar, tələbə vaxtlarımda mən onun elmi yaradıcılığı ilə tanış olub, tədqiqat sahələrini, o tədqiqatların ümumiləşdirilərək yazılan nəticələrini, Azərbaycan dilçiliyinin ən mübahisəli məsələlərinə aydınlıq gətirən elmi əsərlərini oxuduqca dilçi-alim Həsən Mirzəyevin dolğun portreti ilə təzə-təzə tanış olduğumu hiss etdim. Bu, məhsuldar elmi fəaliyyəti olan, aşiqi olduğu və sevdiyi elmdə öz izini salmağa çalışan və buna müvəffəq olsa da, tutduğu yolda getməkdə davam edən zəhmətkeş bir insanın portreti idi.

Azərbaycan filologiyasının inkişafında filologiya elmləri doktoru, professor Həsən Mirzəyevin xidmətlərini onun tədqiqata cəlb etdiyi mövzuları sadalamaqla da göstərmək mümkündür. İstənilən ani peşəkar baxış kifayət edər ki, onun mövzu seçərkən həmişə mübahisəli, tədqiq olunmamış, dilçilərin və folklorşünasların toxunmadığı məsələləri tədqiqata cəlb etdiyinin şahidi olasan. Buna görə cəsarətlə demək olar ki, professor Həsən Mirzəyev Azərbaycan dilçiliyində feil bəhsi üzrə məktəb yaratmış, monoqrafiyalar yazmış, 150 il müddətində türkologiyada mübahisə doğuran bir çox mövzuları (feili sifət, feilin təsir kateqoriyası və s.) tədqiq etmiş və mübahisələrə son qoymuşdur. Bildiyimiz kimi, Azərbaycan dilində olan feillər özünün leksik-semantik, morfoloji, sintaktik, üslubi, fonetik, frazeoloji, etimoloji xüsusiyyətlərinin zənginliyi, rəngarəngliyi və başlıcası, fərdiliyi ilə digər nitq hissələrindən fərqlənir. Bundan əlavə, feillər üçün xarakterik xüsusiyyətlərdən biri onun dilin milli orijinallığını və qədim ünsürlərini daha yaxşı mühafizə etməsidir. Ona görədir ki, dilçiliyimizdə feillərlə bağlı daha intensiv diskussiyaların, elmi mübahisələrin indi də şahidi oluruq. Kateqoriyaların çoxluğu, fərdiliyi, dilçiliyin əksər sahələri ilə sıx bağlılığı, çoxşaxəliliyi və digər xüsusiyyətləri bu bəhsi, bu bəhslə əlaqədar sahələri söz yaradıcılığı baxımından hərtərəfli tədqiq etməyi zəruri edirdi. Ümumi dilçilikdə, o cümlədən türkologiyada mübahisəli, həmçinin maraqlı səciyyəvi xüsusiyyətləri ilə zəngin olan Azərbaycan dilində feli sifət və təsirli-təsirsiz fellər mövzusu 70-80 ildən artıq müddətdə gah feil, gah da feili sifət bəhsinə daxil edilib. Ona görədir ki, bu istiqamətdə aparılan elmi axtarışların dərs vəsaiti kimi çap olunmasının zəruriliyini Azərbaycan dilçiliyi məktəbinin ən görkəmli nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Əbdüləzəl Dəmirçizadə belə əsaslandırırdı: “Həsən Mirzəyevin yazmış olduğu “Müasir Azərbaycan dilində düzəltmə təsirli və təsirsiz feillər” adlı dərs vəsaiti çox aktual problemi əhatə edir. Dilçilik ədəbiyyatında bu problem haqqında geniş məlumat olmadığı üçün tələbələrimiz çətinlik çəkir. Ona gör də bu dərs vəsaitinin tezliklə çap olunması ali məktəblərin filologiya, ibtidai məktəb pedaqogikası və metodikası fakültəsi tələbələri üçün böyük köməkdir”.

Barəsində kifayət qədər oxşar rəylər olan “Müasir Azərbaycan dilində təsirli və təsirsiz feillər” kitabı 1979-cu ildə nəşr olundu. Nəşr olunan kitab haqqında onlarla rəy yazıldı və həmin rəylərin birində kitab dövrün aparıcı dilçiləri tərəfindən bu cür qiymətləndirilirdi: “Olduqca zəngin və ziddiyyətli cəhətlərə malik olan feilin təsirli-təsirsizlik kimi ilkin və əhəmiyyətli, leksik-qrammatik xüsusiyyətləri məhz bu əsərdə ilk dəfə geniş planda, kompleks şəkildə öyrənilmişdir. Həsən Mirzəyevin 20 ilə yaxın feilin müxtəlif qrammatik xüsusiyyətlərini öyrənməsi, xüsusilə təsirli və təsirsiz feillərə aid zəngin material toplaması əsərin müvəffəqiyyətlə yazılmasına səbəb olmuşdur”.

Professor Həsən Mirzəyevin Azərbaycan dilində hadisəyə çevrilən əsərlərindən biri isə rəyçiləri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Zərifə Budaqova və professor Qəzənfər Kazımov, elmi redaktoru Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor Afad Qurbanov olan “Azərbaycan dilində feil” kitabı oldu. Feilin əlamətdar cəhətləri, nitq hissələri arasında yeri, feildə təsirli-təsirsizlik kateqoriyası, təsirli-təsirsiz feillərin leksik-semantik, morfoloji-sintaktik, frazeoloji, üslubi, fonetik xüsusiyyətləri, feili sifətlərin feil və sifət ilə müştərək və fərqli cəhətləri, substantivləşməsinin hərtərəfli təhlil edildiyi bu dərs vəsaiti nəşr edildiyi andan elmi ictimaiyyətin diqqətini cəlb etdi. Azərbaycan dilçilik məktəbinin görkəmli nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Tofiq Hacıyev 1986-cı ildə “Kitablar aləmində” jurnalının oktyabr nömrəsində kitab haqqında müxtəlif mətbu nəşrlərdə çap edilmiş onlarla mütəxəssis rəylərini ümumiləşdirədək belə yazırdı: “Həsən Mirzəyevin “Azərbaycan dilində feil” kitabı dilçiliyimizin nailiyyətlərindən olub, elmi-nəzəri və praktik cəhətdən çox böyük əhəmiyyət daşıyır, müəllim və tələbələr üçün qiymətli və sanballı tədris vəsaitidir”.

Yeri gəlmişkən, həmən Tofiq Hacıyev Həsən müəllimin böyük təntənə ilə keçirilən 85 illik yubileyində onun elmi fəaliyyətini çıxışının sonunda bu cür səciyyələndirdi: “Həsən Mirzəyev Müasir Azərbaycan elminin feilidir”.

Hesab edirik ki, bu, qaynar, qaynar olduğu qədər də çalışqan və məhsuldar Həsən Mirzəyevin həyat yolunun sərrast ifadəsi idi.

Professor Həsən Mirzəyev hansı mövzunu işləyir-işləsin, onun ərsəyə gətirdiyi elmi əsərləri yalnız faktlar üzərində müşahidələrinin, dil faktlarından aldığı təəssüratın nəticələrindən ibarət olmur. O, faktları, topladığı zəngin dil materiallarını vahid sistem şəklində, oturuşmuş prinsiplər əsasında analiz etdiyindən, müəyyən hallarda elmi-nəzəri ədəbiyyatdakı mülahizə və fikirlərlə razılaşmır, öz tənqidi mühakimələrinin qənaətindən doğan nəticələrə gəlir. Onun tədqiqata cəlb etdiyi maraqlı mövzularda, şifahi xalq ədəbiyyatı, daha da dəqiqləşdirsək, aşıq ədəbiyyatı nümunələri üzrə əsərlərindən birində axtarış, faktları toplamaq və toplanan faktlar üzərində işləmək metodologiyasını müşahidə edirik. Professorun Təhsil Nazirliyi tərəfindən ali məktəb tələbələri üçün dərs vəsaiti kimi təqdim edilmiş və 1997-ci ildə nəşr olunan “Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz” kitabı dil faktlarının toplandığı arealın genişliyi ilə heyrətamizdir. Azərbaycan aşıqları və el şairləri, Azərbaycan xalq dastanları, Azərbaycan aşıq ədəbiyyatının ayrı-ayrılıqda ən nəhəng nümayəndələri, həmçinin müasirləri olan aşıq və el şairlərinin saya-hesaba gəlməyən yaradıcılıq nümunələrini tədqiqata cəlb edərək qədim tariximizin qatlarına enir, yaşayan adlarımızın, onların etimologiyasının izi ilə gedə bilir. Professor Qəzənfər Kazımov onun bu keyfiyyətlərinə stimul verən amili belə qiymətləndirirdi: “Həsən Mirzəyev filologiyamızda müasir ədəbi dilimizin morfologiyasını, xüsusən dilin quruluş xüsusiyyətlərini sinxron, diaxron aspektdə araşdırmaqda, o cümlədən xalqın qədim tarixini, dilini, milli orijinallığını daha yaxşı mühafizə edib saxlayan feillərin mahir tədqiqatçısı kimi məşhurdur. Lakin professor həqiqi bir filoloq kimi el sənətinə - aşıq ədəbiyyatına da dərindən bələddir və bu sahənin vurğunudur. “Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz” kitabında müəllif əsasən onomastik leksikanın tədqiqi ilə məşğul olmuş və xüsusi adları bir küll halında bütün sahələr üzrə nəzərdən keçirmişdir”.

Bu kitabında Azərbaycan aşıq poeziyasının izinə düşüb Gəncə, Ordubad, Naxçıvan, Dərbənd, Şamaxı, Şəki, Savalan, Şəmkir, İrəvan, Qazax, Göyçə, Qarabağ, Dərələyəz, Qafqaz və başqa toponimlər əsasında dilimizin tarixinə qoşulub gedirik. Buna görədir ki, Həsən Mirzəyevin türk mənşəli etnonimlər və bu etnonimlər əsasında yaranan toponimlərlə bağlı mülahizələri elmi olduğu qədər də inandırıcıdır.

Həsən Mirzəyev bu silsilə tədqiqatların davamı olaraq heyrətamiz zəhmət tələb edən böyük elmi əhəmiyyətli əsərlər yaradıb. “Dərələyəzin toponim və şivə sözləri”, “Dərələyəz folkloru”, “Qərbi Azərbaycanın Dərələyəz mahalı” (ensiklopedik məlumat), “Dərələyəz mahalının toponimləri və şivə sözləri” kimi sanballı monoqrafiyalarında Dərələyəz mahalının etnoqrafik mənzərəsini ortaya qoyan professor Azərbaycan dilçiliyində bu istiqamətdə gedən prosesləri sürətləndirməklə, oxşar mövzuda aparılan elmi axtarışlara impuls verib.

Professor Həsən Mirzəyevin ümumilikdə 14 cildlik monoqrafiyaları (950 çap vərəqi həcmində) dilçiliyimiz, folklorumuz, tariximiz və coğrafiyamız üçün tükənməz xəzinədir.

Professor Həsən Mirzəyev o alimlərdən biridir ki, elmi və ictimai fəaliyyəti vəhdət təşkil edir. Tələbələri, həmkarları, həyatda onu tanıyan kim varsa, onun vətəndaş mövqeyinin şahidi olub. Bunu təsdiq edən faktlardan biri barədə: o, 1957-ci ildən üzv olduğu Kommunist Partiyası sıralarından sovet qoşunlarının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə daxil olaraq dinc əhaliyə qarşı qəddar cinayətlər törətdikdən dərhal sonra etiraz əlaməti olaraq çıxdı.

Professor Həsən Mİrzəyev hər məqamda həqiqətin və həqiqət ocağı bildiyi xalqının yanında olub. 1990-cı ildə Bakı Şəhər Sovetinin deputatı olarkən də, o həqiqətdən kənar düşmədi, iki dəfə üzvü olduğu Azərbaycan Respublikası Milli Məclisinin üzvü olanda da.

Ötən əsrin 90-cı illərinin əvvəllərində, Azərbaycan taleyüklü məqamlarını yaşayan zamanlarda da Həsən Mirzəyev vətəndaş mövqeyində tərəddüd etmədi, Azərbaycanın gələcəyi, onun nicatı naminə ümummilli lider Heydər Əliyevin yanında yer tutdu. O, sonradan “91”lər adlanacaq insanların sırasında ilk dayananlardan biri oldu. O insanların ki, onlar Heydər Əliyev müdrikliyinə, dövlətçilik təfəkkürünə inanaraq Ona Azərbaycanda siyasi hakimiyyətə gəlmək üçün çağırış etdilər.

Həsən Mirzəyev böyük dövlət xadimi, müasir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyev ideyalarının təntənəsinə inanırdı. O inanırdı ki, Azərbaycanın qəsb edilmiş tarixi torpaqları ya Prezident İlham Əliyevin diplomatiyası, ya da onun Ali Baş Komandanı olduğu Silahlı Qüvvələrin gücü hesabına öz hüquqi varislərinə qayıdacaq.

O, Azərbaycan xalqını sevir və onun gedəcəyi yollara inanırdı.

O elə bu inamla da aramızdan getdi.

2015-ci il fevral ayının 25-də vəfat etdi və Bakı şəhərindəki II Fəxri xiyabanda dəfn edildi.

Bu, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ictimai xadim Həsən İbrahim oğlu Mirzəyevin sonuncu və əbədi yolçuluğu idi.

Fikrimi dünyanı heyrətləndirən dahilərdən biri, həmin Albert Eynşteynin yuxarıda qeyd etdiyim sözləri ilə bitirmək istərdim: “İnsan həyatının mənası yalnız digər insanların həyatında oynadığı rola görə ölçülə bilər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik