DÜNYA


Həsən Ruhani ABŞ Prezidentinin dialoq təklifinə cavab verib

Tehran, 20 may AZƏRTAC.

İran xalqı müdrik və uzaqgörən olduğu üçün dialoqun əhəmiyyətli olduğunu başa düşür. Lakin İran təzyiqlər və sanksiyalar altında qalaraq ABŞ ilə danışıqlara getməyəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Tehranda İran ziyalıları ilə görüşündə deyib.

Prezident bildirib ki, ABŞ administrasiyası dialoqu təklif etmək əvəzinə bəyan edir ki, “İranı danışıqlara məcbur edəcəyik”. Bu, qəbuledilməzdir. Bütün dünya bizim əleyhimizə olsa da, “İran sanksiyalar və təzyiqlərə məruz qalaraq ABŞ ilə danışıqlara getməyəcək”.

H.Ruhaninin fikrincə indiki məqamda danışıqlara getmək İranın məğlubiyyəti olar.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.