DÜNYA


Həsən Ruhani: ABŞ regiona müharibə və qandan başqa heç nə gətirmədi

Tehran, 4 dekabr AZƏRTAC

Bu gün İran yaxın qonşuları olan Azərbaycan, Türkiyə, Pakistan, Əmman, Qətər, Küveyt kimi dövlətlərlə çox yaxşı əməkdaşlıq əlaqələrinə malikdir. ABŞ bu əlaqələri poza bilməz.

AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 4-də Simnan vilayətinə səfər edən Prezident Həsən Ruhani deyib. O bildirib ki, ABŞ İranın qonşuları ilə iqtisadi, siyasi, mədəni əlaqələrinin kəsilməsinə çalışır və bu məqsədlə yalan bəyanatlar yayır. Lakin qonşu dövlətlərlə İranın illər boyu formalaşmış münasibətlərinə ABŞ-ın yalan iddiaları ilə son qoyula bilməz. İran yaxın dövlətlərlə əlaqələrini daha da inkişaf etdirəcək.

H.Ruhani qeyd edib ki, Hindistan və Çin kimi dövlətlərlə İranın münasibətlərini korlamaq ABŞ üçün heç də asan məsələ deyil. Bu dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri xalqların mənafeyi naminə qurulub. ABŞ-ın düşmənçilik siyasəti region xalqları tərəfindən dəstəklənmir. Əksinə, xalqlar və dövlətlər hüquqi deyil, zoru əsas götürən ABŞ-ın bölgədən çəkilməsini istəyirlər. ABŞ bölgəmizə müharibə və qandan başqa, heç nə gətirmədi.

Xatırladaq ki, Prezident H.Ruhanı Simnan şəhərində dünyaya gəlib və orta təhsilini bu şəhərdə alıb.

Prezident doğma şəhərində istehsal və sənaye müəssisələrinin açılışında iştirak edəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.