DÜNYA
Həsən Ruhani: Lazım gələrsə İran üzərinə düşən öhdəlikləri daha da azaldacaq
Tehran, 11 sentyabr AZƏRTAC
Lazım gələrsə İran “nüvə sazişi” üzrə üzərinə düşən öhdəliyi daha da azaldacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident Həsən Ruhani bu gün keçirilən nazirlər şurasının iclasında deyib.
Prezident bildirib ki, öhdəliklərin azaldılması istiqamətində atılan 3-cü addım olduqca əhəmiyyətlidir. İran sazişi pozmayıb və haqlı tərəfdir. Buna görə də bütün gücü ilə müqavimət göstərəcək.
Xatırladaq ki, ABŞ birtərəfli qaydada “Nüvə sazişi”ndən çıxdıqdan və İrana qarşı sanksiyaları artırdıqdan sonra rəsmi Tehran saziş üzrə üzərinə götürdüyü öhdəliyi azaltmağa başlayıb. Nüvə proqramını bərpa edən İran uranın zənginləşdirilməsi üçün işlərə başlayıb. Məhz İranın bu addımından sonra ABŞ Prezidenti milli təhlükəsizlik məsələləri üzrə müşaviri və İrana qarşı sanksiyalar siyasətinin müəllifi Con Boltonu istefaya göndərdi.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]