İQTİSADİYYAT


Həsənoğlu küçəsindən Təbriz küçəsi istiqamətində nəqliyyatın sıxlığı azaldılıb

Bakı, 3 yanvar, Elvin Camalov, AZƏRTAC

Həsənoğlu küçəsindən Təbriz küçəsi istiqamətində nəqliyyatın sıxlığı azaldılıb.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, Təbriz küçəsi ilə Həsənoğlu küçələrinin kəsişmələrində aparılan təhlillərin nəticəsində hazırlanan layihənin icrası sayəsində kəsişmədə nəqliyyat sıxlığı azalıb və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin edilib. Layihənin icrasından sonra aparılan müşahidələr nəticəsində müəyyən edilib ki, Həsənoğlu küçəsinin Heydər Əliyev prospektindən Təbriz küçəsi istiqamətində pik saatlarda nəqliyyat növbəsinin uzunluğu 396 metrdən 58 metrə, Fətəli xan Xoyski küçəsindən Təbriz küçəsi istiqamətində isə 493 metrdən 102 metrə qədər azalıb.

Qeyd edək ki, Həsənoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində müşahidə olunan nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə sola dönən nəqliyyat vasitələri üçün əlavə hərəkət zolaqları təşkil edilib. Gələcəkdə yolayrıcında hərəkətin təhlükəsizliyinin daha da artırılması məqsədilə işıqforun 3 fazalı vaxt rejimində təşkili də nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.