İDMAN


Həsrət Cəfərov: Vətənə qalib olaraq qayıtmaq gözəl hisslər yaradır

Bakı, 16 avqust, AZƏRTAC

Şükürlər olsun ki, Vətənə qızıl medalla qayıtdım. Finalda qırğızıstanlı güləşçi ilə qarşılaşdım. Hakimlərin haqsızlığı ilə üzləşdim, lakin sonda qələbə qazana bildim.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında V İslam Həmrəyliyi Oyunlarının yunan-Roma güləşi üzrə qızıl medalının sahibi Həsrət Cəfərov söyləyib.

“Vətənə qalib olaraq qayıtmaq, çox gözəl hisslər yaradır. İyirmi gündən sonra Belqradda dünya çempionatı keçiriləcək. Bundan sonra bu çempionata hazırlaşacağıq”, - deyə güləşçimiz qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.