İQTİSADİYYAT
Həştərxan-Bakı aviareysinin açılması işgüzar əlaqələrin genişlənməsinə səbəb olub
Moskva, 12 avqust, AZƏRTAC
Həştərxan ilə Bakı arasında aviareysin açılması işgüzar əlaqələrin genişlənməsinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, Həştərxan qubernatorunun vəzifəsini yerinə yetirən İqor Babuşkin Birinci Xəzər İqtisadi Forumunda çıxışında bildirib ki, Həştərxan ilə Bakı və Aktau arasında birbaşa aviareyslərin açılması nəticəsində işgüzar əlaqələr genişlənib. O, Həştərxan aeroportundan Türkmənistan və İran paytaxtlarına, eləcə də Qazaxıstanın Atırau şəhərinə birbaşa aviasiya reyslərinin açılmasını təklif edib. İ.Babuşkinin fikrincə, bu, biznes əlaqələrinin möhkəmlənməsinə təkan verər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva