SİYASƏT
Həştərxan vilayətində gənclər sammiti keçiriləcək
Həştərxan vilayəti qubernatorunun mətbuat xidmətindən bildiriblər ki, sammit bu ölkələrin gəncləri arasındakı əlaqələri möhkəmləndirməyə, beynəlxalq layihələrin işlənib hazırlanmasına və inkişaf etdirilməsinə istiqamətlənib.
Sammitdə icra hakimiyyəti orqanlarının gənclər siyasəti ilə məşğul olan rəhbərləri, gənclər birliklərinin, qeyri-kommersiya təşkilatlarının, tələbə ittifaqlarının və assosiasiyalarının kuratorları və rəhbərləri iştirak edəcəklər.
Sammit beş istiqamətdə, o cümlədən gənclərin KİV-ləri, gənc sahibkarlar, mədəniyyətlərarası dialoq və ekologiya istiqamətlərində fəaliyyət göstərəcək. Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin sammit iştirakçılarını qəbul edəcək.
Xəzər regionu ölkələrinin gənclər sammitinin yekunlarına əsasən, gənclər arasında əməkdaşlığa dair qətnamənin qəbul edilməsi nəzərdə tutulur. Qətnamə Xəzər Regionu Gəncləri Assosiasiyasının yaradılması şərtlərini də müəyyən edəcək.
Fəridə Abdullayeva
AZƏRTAC–ın xüsusi müxbiri
Moskva