MƏDƏNİYYƏT


Həştərxanda Xəzər klassik musiqi festivalı keçiriləcək

Moskva, 1 avqust, AZƏRTAC

Həştərxanda “OperaFirst 2022” Xəzər klassik musiqi festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, sentyabrın 2-dən 11-dək “Mədəniyyət” milli layihəsi çərçivəsində təşkil olunacaq konsert proqramında Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstan teatrlarının solistləri iştirak edəcəklər.

Festival çərçivəsində Xəzəryanı ölkələrin günləri keçiriləcək. Bu tədbirlərin qonaqları Xəzəryanı dövlətlərin hər birinin mədəniyyəti ilə tanış ola biləcəklər. Sentyabrın 9-u festivalda Azərbaycan Günü olacaq. Həmin gün Həştərxan Dövlət Filarmoniyasında Qara Qarayev, Fikrət Əmirov, Oqtay Zülfüqarov və Firəngiz Əlizadənin əsərləri səslənəcək.

Əsərləri Səidə Tağızadə (fortepiano), Rəna Rəhimova (alt), Ümidə Abbasova (skripka), Nəzrin Asanlı (skripka), Emin Hüseynov (skripka), Orxan Hüseynov (violonçel) ifa edəcəklər.

Konsertin aparıcısı Azərbaycanın Xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadədir.

Festivalın qonaqlarını dünya səhnəsinin ulduzlarının iştirakı ilə möhtəşəm qala-konsert, o cümlədən azərbaycanlı tenor, beynəlxalq müsabiqələr laureatı Azər Zadənin çıxışı gözləyir.

 
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.