İQTİSADİYYAT


Həştərxanda Xəzəryanı Ölkələrin Ticarət-Sənaye Sərgisi açılıb

Bakı, 19 iyun, AZƏRTAC

Həştərxanda Xəzəryanı Ölkələrin Ticarət-Sənaye Sərgisi açılıb. Sərgi iyunun 19-21-də “Zvezdnı” idman kompleksi ərazisində işləyəcək.

AZƏRTAC bu barədə Həştərxan vilayəti hökumətinin portalına istinadla məlumat verir.

Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr nazirinin vəzifələrini icra edən Vladimir Qolovkov sərgi iştirakçılarını Həştərxan vilayəti hökuməti adından təbrik edib. O vurğulayıb ki, Həştərxan vilayəti üçün Xəzər istiqaməti beynəlxalq və xarici iqtisadi əlaqələrin inkişafında əsas istiqamətdir. Region Xəzəryanı ölkələrin hamısı – Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanla fəal əməkdaşlıq edir. Bütün Xəzəryanı tərəfdaşlarla müxtəlif layihələr uğurla həyata keçirilir. Həştərxanda İran Ticarət Evi və Azərbaycan İşgüzar Mərkəzi açılıb. Qazaxıstanla sərhədyanı ticarət inkişaf edir. Həştərxan tərsanələri İran və Türkmənistandan olan sifarişləri yerinə yetirir. Həştərxan vilayətinin Xəzər regionu ölkələri ilə xarici ticarət dövriyyəsi 2018-ci ilin yekunlarına əsasən təqribən 390 milyon ABŞ dolları təşkil edib və 2017-ci ildən 80 faizdən çox artıb. Əməkdaşlığı fəallaşdırmaq məqsədi ilə birbaşa aviaxəttlər açılır. Apreldə Həştərxandan Atırauya uçuşlar başlayıb, mayda Həştərxan-Bakı reysi bərpa olunub.

Vladimir Qolovkov əmin olduğunu bildirib ki, Xəzəryanı Ölkələrin Ticarət-Sənaye Sərgisi Xəzəryanı ölkələr arasında ticari-iqtisadi əlaqələrin daha da inkişaf etməsinə kömək edəcək və işgüzar əməkdaşlıq məsələlərinin müzakirəsi üçün münasib məkana çevriləcək.

Sərginin işində İrandan 26, Azərbaycandan iki, Qazaxıstandan iki şirkət, habelə Rusiya regionlarından, o cümlədən Stavropol, Samara, Tolyatti, Tula, Volqoqrad və Dağıstandan 15 nümayəndə iştirak edir.

İran daha geniş çeşiddə məhsullarla təmsil olunub. Onun eksponentləri arasında iri müəssisələr – inşaat materialları (sement, bitum, keramik və qranit tavalar), elektrik avadanlığı, kabel məhsulları, maşın, çörək-bulka istehsalı üçün aparat, damcı üsulu ilə suvarma üçün sistem və çiləmə cihazları istehsalçıları var.

Sərginin iştirakçıları Həştərxandakı İran Ticarət Evinə gedəcəklər. İran istehsalçıları öz məhsullarının kataloq və nümunələrini təqdim edəcək, başqa ölkələrin və Rusiya regionlarının təmsilçiləri İranda istehsal olunmuş mallar haqqında ətraflı informasiya əldə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.