CƏMİYYƏT


Həştərxanda Xəzəryanı ölkələrin qardaşlaşmış şəhərlərinin Beynəlxalq forumu keçiriləcək

Bakı, 16 sentyabr, AZƏRTAC

“Rossotrudniçestvo” Həştərxan Dövlət Universitetinin dəstəyi ilə sentyabrın 28-29-da “Xəzəryanı bölgə ölkələrinin qardaşlaşmış şəhərləri arasında əməkdaşlığın inkişafı perspektivləri” mövzusunda Beynəlxalq forum keçirəcək.

AZƏRTAC Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinə istinadla xəbər verir ki, tədbirin proqramı tematik modulları və bələdiyyələr səviyyəsində aktual mədəni-humanitar məsələlərə dair beynəlxalq əməkdaşlıq üzrə bölmələri ehtiva edir. Xəzəryanı ölkələrin qardaşlaşmış şəhərləri arasında görüşün əsas məqsədi isə bələdiyyə administrasiyaları, biznesmenlər, elm xadimləri və ekspertlər arasında açıq dialoq üçün şəraitin yaradılmasıdır.

Forumda tanınmış rusiyalı ekspertlər, Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiyanın elmi ictimaiyyətinin və ictimai təşkilatlarının nümayəndələri, qardaşlaşmış şəhərlərin administrasiyalarının təmsilçiləri, Rusiya Federasiyasının federal nazirlikləri və idarələrinin, həmçinin subyektlərinin hakimiyyət orqanlarının əməkdaşları iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.