MƏDƏNİYYƏT


Həştərxanda ədəbiyyat festivalında ölkəmiz də təmsil olunub

Bakı, 24 may, AZƏRTAC

Həştərxanda keçirilən Uşaq və Gənclərin birinci Ədəbiyyat Festivalında Azərbaycan da təmsil olunub. Festivala ölkəmizi adından Mədəniyyət Nazirliyi tərəfindən uşaq yazıçısı Gülzar İbrahimova qatılıb.

AZƏRTAC xəbər verir ki, festival insanlarda, ələlxüsus da uşaqlarda kitaba sevgi yaratmaq məqsədilə keçirilib.

Festivalda əyləncə, tamaşa, viktorinalar, müsabiqələr, satış-sərgi, gəzən kitabxanalar, konsertlər, milli dəyərlərin sərgisi, folklor nümunələrinin sərgisi təşkil olunub. Uşaqlar yorulanda dincəlməsi üçün yaşıllığa xalçalar döşənib, xalçaların da üstünə kitablar düzülüb ki, oturub dincələn kitablara, onların rəngli şəkillərinə baxsın, oxusun.

Qonaqlar Xəzəryanı ölkələrdən, əksəriyyəti İran, Azərbaycan və Rusiyadan dəvət olunub.

Tədbirdə Gülzar İbrahimovaya uşaqlar üçün detektiv əsərlər yazması xahiş olunub. O, təklifi yüksək qiymətləndirib və bu janrda yeni əsərlər yazacağına söz verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.