MƏDƏNİYYƏT


Həvəskar “Dostluq sərgisi”

Bakı, 10 sentyabr (AZƏRTAC). Sentyabrın 16-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində həvəskar “Dostluq sərgisi” açılacaq.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, sərgidə rəssam Şəmsəddin Böyükdüzlünün və onun tələbələrinin, dostlarının kollektiv rəsm əsərləri nümayiş olunacaq.

Nümayiş olunacaq əsərlər sırasında “Kəlbəcər haqqında”, “Fırtına və ölüm”, “Rəssamın xəyalları”, “Nur yolu”, “Dərdli laləgül”, “Cənnət və kainat”, “Günahkar” və digərləri yer alacaq. Müxtəlif mövzuları əhatə edən bu əsərlər mənzərə, natürmort, abstraksiya və kağızdan hazırlanmış fiqurlardan ibarətdir.

Sərgidə iştirak edənlər sırasında fiziki qüsurlu həvəskar rəssamların da əl işləri olacaq.

“Dostluq sərgisi”ndə 100-dən artıq yağlı boya, sulu boya, karandaş və qarışıq texnikalarda işlənilmiş rəsm əsəri nümayiş olunacaq.

Bir həftə davam edəcək sərgidə əsərlərin satışı da həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.