ELM VƏ TƏHSİL


“Həyat bilgisi” fənninin tədrisi metodikası üzrə ixtisasartırma təliminə qeydiyyat başlayıb

Bakı, 15 mart, AZƏRTAC 

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) “Həyat bilgisi” fənninin tədrisi metodikası üzrə 36 akademik saatdan ibarət ixtisasartırma təliminə qeydiyyat başlayıb.

TİPİİ-dən AZƏRTAC-a bildirilib ki, proqram “Həyat bilgisi” fənninin kurikulumunu, dərslərin xüsusiyyətlərinə uyğun müasir təlim resursları ilə tanışlığı, fənn üzrə qiymətləndirmənin təşkili yollarını əhatə edir. Təlim nəzəri bilik və praktik bacarıqların formalaşdırılması istiqamətində aparılır.

Aprelin 1-dən start veriləcək təlim gündə 4 akademik saat olmaqla 9 gün davam edəcək.

Təlimin sonunda qiymətləndirmədə iştirak edən müdavimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.